COP29

Braziliyalı ulduzdan zərt sözlər: "Müasir futbolçular çox axmaqdır"

22 May 18:40 Dünya futbolu 371
Braziliyalı ulduzdan zərt sözlər: "Müasir futbolçular çox axmaqdır"

Braziliya millisinin və "Barselona"nın 58 yaşlı sabiq hücumçusu Romario açıqlaması ilə gündəmə gəlib.

Sportinfo.az xəbər verir ki, "Mundo Deportivo"ya danışan braziliyalı futbolçuları sərt tənqid edib:

"Düşünürəm ki, bu gün meydanda daha uğurlu olaram. Çünki müasir futbolçular çox axmaqdır, çox qaçırlar.

Mənim vaxtımda da yaxşı fiziki formaya ehtiyac var idi. Lakin oyunçular daha texnikalı və ağıllı idilər. Əminəm ki, indiki dövrdə 2000-dən çox qol vurardım”.

Romario karyerası ərzində klub səviyyəsində bütün turnirlərdə 300 matçda iştirak edib 225 qol vurub, 36 məhsuldar ötürmə edib.

Romario “Vasko da Qama”, PSV, “Barselona”, “Flamenqo”, “Valensiya”, “Fluminense”, “Əl-Sadd”, “Mayami” klublarında oynayıb. O, Braziliya millisində 70 matça çıxıb və 55 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti
15 İyun 18:10 Çək və bizə göndər!