Azərbaycan yığmasının futbolçusu “Fənərbağça”da - 1 illik müqavilə

15 İyul 2025 09:20 Qadın futbolu 865
Azərbaycan yığmasının futbolçusu “Fənərbağça”da - 1 illik müqavilə

Qadınlardan ibarət Azərbaycan millisinin yarımmüdafiəçisi Peritan Bozdağ Türkiyədə klubunu dəyişib.

Sportinfo.az xəbər verir ki, 26 yaşlı futbolçu “Fənərbaxça”ya transfer olunub.

Bu barədə İstanbul klubunun rəsmi saytı məlumat yayıb.

Tərəflər 1 illik müqaviləyə imza atıblar.

2021-ci ildən Azərbaycan yığmasında forma geyən Peritan Bozdağın son klubu "Fatih Vatan Spor" olub. Daha əvvəl isə o, “Konak Belediyespor”, “Hakkarigücü Spor” və “Altay”da çıxış edib.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
17 Sentyabr 04:40 "Gəncə" “Ordu"ya uduzdu
17 Sentyabr 00:50 "Sumqayıt"dan ÜÇ SEÇİM