Onun Premyer Liqadan transferi üçün 3 futbolçunu satışa çıxarırlar

15 İyul 2025 12:00 Fransa 1 025
Onun Premyer Liqadan transferi üçün 3 futbolçunu satışa çıxarırlar

PSJ “Bornmut”un 22 yaşlı müdafiəçisi İlya Zabarninin transferində israrlıdır.

Sportinfo.az “Ekip”-ə istinadən xəbər verir ki, Paris klubu bu yay üç futbolçusunu satıb əldə ediləcək gəlirlə ukraynalı oyunçunu heyətinə qatmağı planlaşdırır.

Satış siyahısına portuqaliyalı hücumçu Qonçalo Ramos, fransalı müdafiəçi Luka Ernandes və cənubi koreyalı yarımmüdafiəçi Li Kan İn daxildir.

“Transfermarkt” portalı Zabarninin dəyərini 42 milyon avro qiymətləndirir. Onun “Bornmut”la müqaviləsinin müddəti 2029-cu ilin yayına qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti
30 Avqust 20:00 Çək və bizə göndər!