"Bəlkə əsəbiləşirsən, bəlkə də bunu etiraf etmək səni incidir”

27 Yanvar 2023 01:40 Dünya futbolu 349
"Bəlkə əsəbiləşirsən, bəlkə də bunu etiraf etmək səni incidir”

Sportinfo.az xəbər verir ki, Argentina millisinin sabiq forvardı Serxio Aquero "Milan"ın futbolçusu Zlatan İbrahimoviçin bu gün mətbuatda dərc olunan fikirlərinə münasibət bildirib.

İbrahimoviç DÇ-2022 haqda danışarkən bildirib ki, Argentina millisinin lideri Lionel Messi xatırlanacaq, yığmanın digər üzvləri isə hörmət ediləsi oyunçular deyil.

Aquero isə öz Tvitter səhifəsində isveçli forvarda cavab verib: "Düşünmürəm ki, haqlısan. Bir daha qalib gəlməyəcəyimizi söyləmək çox kobudluqdur.

Argentina üçün narahat olmaqdansa, son dünya çempionatında belə iştirak etməyən ölkəniz, futbolçularınız haqda düşünə bilərsən.

Messi dünya çempionu oldu. Bəlkə əsəbiləşirsən, bəlkə də Messinin dünyanın ən yaxşı oyunçusu olduğunu etiraf etmək səni incidir.

Fikrimcə, mənə də daş atdın. Çünki mən orada idim və özümü qələbənin bir parçası kimi hiss edirəm.

Biz dünya çempionuyuq, Zlatan, sən isə özünü öldürmək istəyirsən. Səhv davranan dediyin oyunçular kuboku qaldırdılar".

Digər Xəbərlər
Xəbər Lenti