
Yeni mövsümün hazırlığını davam etdirən “Qəbələ” heyətinə yeni futbolçu qatıb.
Sportinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 19 yaşlı sol cinah vingeri Prins Ovusu “qırmızı-qaralar”a qoşulub.
Ovusu ötən mövsümdə klubun U-19 komandasının formasını geyinib. Qanalı legionerlə 3 illik müqavilə imzalanıb.
Prins Ovusu ötən mövsüm U-19 Liqasının gümüş mükafatçısı olub. O, keçirdiyi 14 oyunda 11 qol və 5 assistə imza atıb.