“Qarabağ” səs-küylü transferi reallaşdırmağa nə dərəcədə yaxındır?

3 İyul 20:00 Qarabağ 1 943
“Qarabağ” səs-küylü transferi reallaşdırmağa nə dərəcədə yaxındır?

“Qarabağ” Zaqreb “Dinamo”sunun stopperi Semmi Mmaeni transfer etmək istəyir.

Ağdamlılar Mərakeş əsilli belçikalı üçün ilk təklifi göndərib.

28 yaşlı mərkəz müdafiəçisi ötən yay “Dinamo”ya Macarıstan “Ferentsvaroş”undan azd agent kimi gəlib.

“Gent” yetirməsi Belçikada həmçinin “Standard” və “Sent Trüden”in şərəfini qoruyub.

Niderland “Maatstrixt”ində də oynayan Mmaenin zaqreblilərlə 2028-ci ilin yayınadək müqaviləsi var. Onun transfer dəyəri 400 min avrodur.

Mmae artıq bir dəfə Bakıda olub. O, 2022-ci il avqustun 3-də “Qarabağ”ın “Ferentsvaroş”la heç-heçə (1:1) etdiyi görüşdə qonaqların start heyətində meydana çıxıb.

Semmi Mmaenin yenidən Bakıya gəlmək ehtimalı böyükdürmü? Saytımız bunu araşdırmağa çalışıb.

Bizə məlum olub ki, zaqreblilər arxa xətt oyunçusunun «Qarabağ»a keçidinə isti yanaşır.

Təzminat ödəniləcəkmi, ödəniləcək. Klublar kompensasiya məbləğində ortaq məxrəcə gəlməyə çox yaxındır. Hələlik açıq qalan əsas məsələ futbolçunun şəxsi müqavilə öhdəlikləri ilə bağlıdır.

Azərbaycan çempionu səbəbkarın özünə 500 min avro ödəməyə hazırdır, onun istəkləri isə hələlik bu rəqəmi keçir…

SPORTİFNO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
3 İyul 03:20 Ayxan çempion oldu