Avropadan təklif aldı, Qurban Qurbanov “Qarabağ”dan ayrılmasına izn vermədi

14:40 Qarabağ 2 372
Avropadan təklif aldı, Qurban Qurbanov “Qarabağ”dan ayrılmasına izn vermədi

“Qarabağ” daha bir legioneri ilə yollarını ayıra bilər.

Ukrayna mətbuatı saytımızın günlər öncə yaydığı xəbəri doğrulayıb.

Yerli həmkarlarımız təsdiq edib ki, yarımmüdafiəçi Aleksey Kaşukun Azərbaycan çempionunu tərk etmək ehtimalı yaranıb.

Məlumatda qeyd olunub ki, 25 yaşlı futbolçu yeni mövsümdə əsas heyətə düşə bilməyəcəyindən ehtiyatlanır.

Bu səbəbdən Ukraynanın gənclər millisinin sabiq üzvü başqa komandaya ya icarəyə, ya da birdəfəlik keçməyə razıdır.

“Qarabağ”a ötən mövsümün əvvəlində Donetsk “Şaxtyor”undan keçən Aleksey Kaşukun ağdamlılarla müqavilə müddəti 2027-ci ilin yayına qədərdir.

Bu mövzuyla bağlı redaksiyamıza son dəqiqə məlumatı daxil olub.

“Qarabağ”dan əldə etdiyimiz informasiyaya görə, Qurban Qurbanov Aleksey Kaşukun ayrılmasına qarşı çıxıb.

Baş məşqçi ukraynalı legionerə bildirib ki, onun xidmətində maraqlıdır və özünü yay toplanışında göstərərsə, gələn mövsüm daha çox şans qazanacaq,

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
2 İyul 19:20 PFL 17 yaşına çatdı!