
Anar Nəzirovdan sonra çempionatın ikinci ən yaşlı futbolçusu olan Asif Məmmədov karyerası ilə bağlı qərar verib.
“Qəbələ”nin 39 yaşlı yarımmüdafiəçisi futbolçu karyerasını davam etdirməyi məqsədəuyğun sayıb.
Lakin tək top dalınca qaçmayacaq. Eyni zamanda baş məşqçi Kaxaber Tsxadadzeyə kömək edəcək.
Futbol dili ilə desək, Asif bundan sonra futbolçu kimi yox, futbolçu-məşqçi kimi tanınacaq.
Gündəlik məşqlərdə həm tər tökəcək, həm də köməkçi-məşqçi qismində gürcü çalışdırıcının tapşırıqlarını komanda yoldaşlarına tapşıracaq.
2015-ci ildən “Qəbələ”nin uğurları üçün tər tökən Məmmədov bu müddətdə bütün turnirlərdə 234 oyunda şans qazanmaqla 11 qol vurub, 30 məhsuldar ötürmənin müəllifi olub.
HƏBİB / SPORTİNFO.AZ