Dünya çempionatında “Mançester Siti” üzərində qələbəyə görə 2 milyon aldılar

Dünya çempionatında “Mançester Siti” üzərində qələbəyə görə 2 milyon aldılar

Klublararası dünya çempionatının 1/8 final mərhələsində “Mançester Siti” üzərində qələbə qazanan (4:3) “Əl-Hilal”ın futbolçuları fantastik məbləğdə mükafat alıblar.

Sportinfo.az xəbər verir ki, bu barədə “Globo Esporte” nəşri məlumat yayıb.

Belə ki, klub prezidenti Fahad bin Nafel matç başa çatdıqdan az sonra paltardəyişmə otağında mükafatı açıqlayıb.

Mənbənin məlumatına görə, oyundan sonra hər bir futbolçuya 2 milyon Səudiyyə rialı (452 min avro) mükafat verilib.

“Əl-Hilal” 1/4-də Braziliyanın “Fluminense” komandası ilə qarşılaşacaq. Matç 4 iyulda baş tutacaq.

Digər Xəbərlər
Xəbər Lenti