
Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının üzvü Sevinc Cəfərzadə və Belarus yığmasının oyunçusu Anastasiya Linnikə Minsk saat zavodunun istehsalı olan qol saatı hədiyyə olunub.
bu, Minskdəki "Traktor" stadionunda meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşan ikinci yoldaşlıq görüşündən sonra baş verib.
Millinin kapitanı Sevinc Cəfərzadə və rəqib komandanın ilk qolunun müəllifi Anastasiya Linnik matçın "ən yaxşıları" seçiliblər. Futbolçulara "Luç" saatları təqdim edilib.
Bu komandalar arasındakı ilk yoldaşlıq görüşündə də Belarus qalib gəlib - 3:0.
Qarşılaşmadan sonra Azərbaycan millisinin daha bir üzvü Nigar Mirzəliyevaya qol saatı hədiyyə olunub. Belarus yığmasından isə bu mükafat Anastasiya Şlapakovaya verilib. Şlapakova hər iki yoldaşlıq görüşündə ikici qolun müəllifi olub.