AFFA çətin vəziyyətlə üzləşən kluba nə qədər pul ayırıb?

3 İyul 2025 22:40 Qəbələ 1 609
AFFA çətin vəziyyətlə üzləşən kluba nə qədər pul ayırıb?

AFFA "Qəbələ" Futbol Akademiyasının maliyyə problemlərinə görə fəaliyyətinin məhdudlaşdırılmasına münasibət bildirib.

Sportinfo.az xəbər verir ki, qurumun mətbuat xidmətinin rəhbəri Elnur Məmmədli AFFA-nın "Qəbələ"yə akademiyanın fəaliyyətinin davam etdirilməsi üçün pul ayırdığını xatırladıb.

O, bir il müddətində "Qəbələ"yə 700 min manat ödənildiyini bildirib:

"Bu məbləğ "Qəbələ”nin hesabına mayın sonunda köçürülüb. Yeni mövsümdən Premyer Liqada iştirak üçün isə 2,5 milyon manat ayrılacaq".

AFFA rəsmisi eyni zamanda Qəbələ klubuna dəstək üçün müxtəlif yaş qrupları üzrə Azərbaycan milli komandalarının Qəbələdə təlim-məşq toplanışları keçirdiklərini bildirib.

Digər Xəbərlər
Xəbər Lenti
3 Sentyabr 19:10 "Zirə" yen transfer etdi