Azərbaycan kanalı Asiya Çempionlar Liqasının yayım hüququnu əldə etdi

4 İyul 2025 03:00 Bizimkilər 1 039
Azərbaycan kanalı Asiya Çempionlar Liqasının yayım hüququnu əldə etdi

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin tərkibində fəaliyyət göstərən “İdman TV” Asiya Çempionlar Liqasının yayım hüququnu əldə edərək, bu mötəbər turnirin oyunlarını təqdim edəcək.

Sportinfo.az xəbər verir ki, bu barədə AzTV-nin yaydığı məlumatda bildirilib.

Tarixində ilk dəfə İran çempionu olan və Asiya Çempionlar Liqasına vəsiqə qazanan “Traktor”un ÇL-dəki hər matçı artıq Azərbaycan tamaşaçısı üçün əlçatan olacaq.

Bu yayım hüququ “İdman TV” ilə beynəlxalq yayım şirkəti arasında imzalanmış rəsmi müqavilə əsasında həyata keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
17 Sentyabr 04:40 "Gəncə" “Ordu"ya uduzdu