Klublararası DÇ-yə “müharibə” elan etdi - La Liqanın rəhbəri

Klublararası DÇ-yə “müharibə” elan etdi - La Liqanın rəhbəri

İspaniya La Liqasının prezidenti Xavyer Tebas Klublararası dünya çempionatına qarşı mübarizə aparacağını bildirib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu söyləyib:

“Mən bu turnirin bir daha keçirilməməsi üçün mümkün olan hər şeyi edəcəm”.

Bundan əvvəl Tebas dünya çempionatında iştirak edən klubların milli çempionat oyunlarını təxirə salmaq istəyindən narazı idi. O, həmçinin, turnirdəki böyük pul mükafatını “rəqabətin təhrifi” adlandırıb.

Bu il ABŞ-dakı klublararası dünya çempionatı ilk dəfə yeni formatda, yayda və 32 komandanın iştirakı ilə keçirilir. İspaniya klublarından turnirin 1/4 finalına yüksələn “Atletiko” və “Real” olub.

Digər Xəbərlər
Xəbər Lenti
2 İyul 19:20 PFL 17 yaşına çatdı!
2 İyul 09:40 Üçüncü TRANSFER