Rusiyada təşkil olunan dünya çempionatında daha üç oyun keçirilib.
Sportinfo.az xəbər verir ki, bu oyunlarla qrup mərhələsində ilk tura yekun vurulub, eyni zamanda, ikinci tura da start verilib.
Günün ilk matçında Kolumbiya millisi Yaponiya ilə üz-üzə gəlib. Çoxu bu görüşdə Kolumbiya millisinin qələbə qazanacağını gözləsə də, tam əksi olub.
Yaponlar qarşılaşmadan 2:1 hesablı qələbə ilə ayrılıb. Bunda isə oyunun 3-cü dəqiqəsində kolumbiyalıların futbolçusu Karlos Sançesin meydandan qovulmasının da böyük rolu olub.
DÇ-2018-in qrup mərhələsində ilk tura Polşa - Seneqal görüşü ilə yekun vurulub. Bu oyunda polşalılar favorit sayılsa da, Seneqal millisinin asan təslim olmayacağı bəlli idi. Qarşılaşma isə çox adamın gözləmədiyi halda, Afrika təmsilçisinin qələbəsiylə başa çatıb.
Günün son qarşılaşması isə dünya çempionatında 2-ci turun ilk oyunu olub. A qrupunun açılış matçında Səudiyyə Ərəbistanını darmadağın edən (5:0) Rusiya bu dəfə Misirlə münasibətlərinə aydınlıq gətirib. Mundialın ev sahibi olan ruslar bu dəfə də inamlı qələbəyə seviniblər.
H qrupu
Kolumbiya - Yaponiya 1:2
Qol: Xuan Kintero, 39 - Şindzi Kaqava, 6-pen. Yuya Osako, 73.
Qırmızı vərəqə: Karlos Sançes, 3 (Kolumbiya)
Hakimlər: Damir Skomina, Yure Paprotnik, Robert Vukan (hamısı Sloveniya), Mehdi Abid Şarif (Əlcəzair)
Saranks, “Mordoviya Arena”
Kolumbiya: 1. David Ospina, 3. Oskar Murillo, 4. Santyaqo Arias, 6. Karlos Sançes, 9. Radamel Falkao (k), 11. Xuan Kuadrado, 16. Cefferson Lerma, 17. Xoan Moxika, 20. Xuan Kintero, 21. Xose İskierdo, 23. Davinson Sançes
Ehtiyat oyunçular: 12. Kamilo Varqas, 22. Xose Kuadrado, 2. Kristian Sapata, 5. Vilmar Barrios, 7. Karlos Bakka, 8. Abel Aqilar, 10. Xames Rodriges, 13. Yerri Mina, 14. Luis Muriel, 15. Mateus Uribe, 18. Farid Diaz, 19. Migel Borxa
Baş məşqçi: Xose Pekerman
Yaponiya: 1. Eyji Kavasima, 3. Qen Şoji, 5. Yuto Naqatomo, 7. Qaku Şibasaki, 8. Qenki Xaraquçi, 10. Şindzi Kaqava, 14. Takaşi İnui, 15. Yuya Osako, 17. Makoto Hasebe (k), 19. Hiroki Sakai, 22. Maya Yoşida
Ehtiyat oyunçular: 12. Masaaki Hiqasiquçi, 23. Kosuke Nakamura, 2. Naomisi Ueda, 4. Keysuke Honda, 6. Vataru Endo, 9. Sindzi Okazaki, 11. Takaşi Usami, 13. Yoşinori Muto, 16. Hotaru Yamaquçi, 18. Riota Oşima, 20. Tomoaki Makino, 21. Qotoku Sakai
Baş məşqçi: Akira Nişino
Polşa - Seneqal 1:2
Qol: Qreqor Krixovyak, 86 - Tyaqo Çionek, 38-avtoqol. Mbaye Nyanq, 61.
Hakimlər: Navaf Şükrülla, Yasir Tulefat (hər ikisi Bəhreyn), Tolib əl-Marri, Abdulrahman əl-Cassim (hər ikisi Qətər)
Moskva, “Spartak” stadionu
Polşa: 1. Voyçex Şesnı, 2. Mixal Pazdan, 4. Tyaqo Çionek, 7. Arkadiuş Milik, 9. Robert Levandovski (k), 10. Qreqor Krixovyak, 11. Kamil Qrosiçki, 13. Maçey Ribus, 16. Yakub Blaşikovski, 19. Pyotr Zelinski, 20. Lukaş Pişçek
Ehtiyat oyunçular: 3. Artur Yedrjeyçik, 5. Yan Bednarek, 6. Yaçek Qoralski, 8. Karol Linetti, 12. Bartoş Byalkovski, 14. Lukaş Teodorçik, 15. Kamil Qlik, 17. Slavomir Peşko, 18. Bartoş Berezinski, 21. Rafal Kurjava, 22. Lukaş Fabianski, 23. David Kovnaçki
Baş məşqçi: Adam Navalka
Seneqal: 16. Xadim Ndiaye, 3. Xalidu Kulibali, 5. İdrissa Qana, 6. Salif Sane, 9. Mame Diuf, 10. Sadio Mane, 12. Yussuf Sabali, 13. Alfred Ndiaye, 18. İsmaila Sarr, 19. Mbaye Nyanq, 22. Mussa Vaque
Ehtiyat oyunçular: 1. Abdulaye Diallo, 2. Adama Mbenque, 4. Kara Mbodji, 7. Mussa Sou, 8. Şeyxu Kuyate, 11. Şeyx Ndoye, 14. Mussa Konate, 15. Diafra Saxo, 17. Pape Ndiaye, 20. Keyta Balde, 21. Lamine Qassana, 23. Alfred Qomis
Baş məşqçi: Aliu Sisse
A qrupu
Rusiya - Misir 3:1
Qol: Ahmed Fathi, 47-avtoqol. Denis Çerışev, 59. Artyom Dzyuba, 62 - Məhəmməd Salah, 73-pen.
Hakimlər: Enrike Kaseres, Eduardo Kardoso, Xuan Zorrilla (hamısı Paraqvay), Cüneyt Çakır (Türkiyə)
Sankt-Peterburq, Şəhər stadionu
Rusiya: İqor Akinfeyev (k), 2. Mario Fernandes, 3. İlya Kutepov, 5. Sergey İqnaşeviç, 6. Denis Çerışev, 8. Yuri Qazinski, 11. Roman Zobnin, 17. Aleksandr Qolovin 18. Yuri Jirkov, 19. Aleksandr Səmədov, 22. Artyom Dzyuba
Ehtiyat oyunçular: 5. Andrey Semyonov, 7. Daler Kuzyayev, 10. Fyodor Smolov, 12. Andrey Lunyov, 13. Fyodor Kudryaşov, 14. Vladimir Qranat, 15. Aleksey Mirançuk, 16. Anton Mirançuk, 20. Vladimir Qabulov, 21. Aleksandr Yeroxin, 23. İqor Smolnikov, 9. Alan Dzaqoyev
Baş məşqçi: Stanislav Çerçesov
Misir: 23. Məhəmməd Əl-Şənavi, 2. Əli Gabr, 6. Əhməd Heqazi, 7. Əhməd Fəthi (k), 8. Tarek Hamed, 9. Marvan Mohsen, 10. Məhəmməd Salah, 13. Məhəmməd Abdelşafi,
17. Məhəmməd Elneni, 21. Trezeqe
Ehtiyat oyunçular: 1. Essam Elhadari, 3. Əhməd Elməhəmmədi, 4. Omar Caber, 5. Sam Morsi, 11. Kahraba, 12. Ayman Əşrəf, 14. Ramadan Sobhi, 15. Mahmud Hamdi, 16. Şerif Ekrami, 18. Şikabala, 20. Samir Saad, 22. Amr Varda
Baş məşqçi: Ektor Kuper

