Rusiyada təşkil olunan futbol üzrə dünya çempionatı çərçivəsində bu gün keçirilən Kolumbiya - Yaponiya matçının ən yaxşı oyunçusu müəyyənləşib.
Sportinfo.az xəbər verir ki, qarşılaşmanın ən yaxşısı Yaponiya yığmasının hücumçusu Yuya Osako seçilib.
Yaponiya yığması bu oyunda 2:1 hesabıyla qalib gəlib. Komandasına qələbə qazandıran ikinci qolu da məhz Almaniyanın “Verder” klubunda çıxış edən Osako vurub.

