Rusiyadakı dünya çempionatında bu gün ilk turun son 2 görüşü və ikinci turun ilk matçı keçiriləcək.
Sportinfo.az xəbər verir ki, Moskvadakı "Spartak" stadionunda Polşa Seneqalı sınağa çəkəcək.
Afrikanın daha əvvəl çıxış etmiş 4 komandasının hamısı məğlubiyyətlə üzləşib. Mərakeş İrana, Misir Uruqvaya 0:1, Nigeriya Xorvatiyaya 0:2, Tunis İngiltərəyə 1:2 hesabı ilə uduzub.
H qrupu
19:00. Polşa - Seneqal
Hakimlər: Navaf Şukrallah, Yaser Tulefat (hər ikisi Bəhreyn), Taleb əl-Marri, Abdulrahman əl-Cassim (hər ikisi Qətər)
Moskva, "Spartak" stadionu

