Dünya çempionatında ilk qırmızı vərəqə kimə göstərildi?

19 İyun 2018 18:36 Dünya çempionatı 666
Dünya çempionatında ilk qırmızı vərəqə kimə göstərildi?

Rusiyadakı dünya çempionatında ilk qırmızı vərəqə qeydə alınıb.

Sportinfo.az xəbər verir ki, Yaponiya ilə H qrupunun oyununda sloveniyalı baş hakim Kolumbiya yığmasının yarımmüdafiəçisi Karlos Sançesi meydandan qovub.

Saransk şəhərindəki "Mordoviya Arena"da keçirilən matçın 3-cü dəqiqəsində Sançes özlərinə məxsus cərimə meydançasında topun qarşısını əllə kəsib.

Bu səbəbdən, Skomina ona "qırmızı" vərəqə göstərib və Yaponiyanın lehinə penalti təyin edib. Sindzi Kaqava bu imkandan yararlanmağı bacarıb.

Lakin Kolumbiya yığması azlıqda olduğu halda, bərabərlik qolunu vurub. 39-cu dəqiqədə Xuan Kintero cərimə zərbəsindən fərqlənib - 1:1.

Digər Xəbərlər
Xəbər Lenti
20 Avqust 23:30 Çək və bizə göndər!