Rusiyada təşkil olunan dünya çempionatında bu gün daha 3 oyun keçiriləcək.
Sportinfo.az xəbər verir ki, Soçidəki "Fişt" stadionunda çempionatın favoritlərindən sayılan Belçika debütant Panamanı sınağa çəkəcək.
Oyunu zambiyalı referi Canni Sikazu idarə edəcək. Bu matçda bir çoxları növbəti böyükhesablı qələbənin qeydə alınacağını düşünür.
G qrupu
19:00. Belçika - Panama
Hakimlər: Canni Sikazu (Zambiya), Jerson Dos Santos (Anqola), Zaxele Siula (CAR), Ryuji Sato (Yaponiya)
Soçi, "Fişt" stadionu

