Rusiyada təşkil olunan dünya çempionatında bu gün daha 3 oyun keçiriləcək.
Sportinfo.az xəbər verir ki, ilk qarşılaşma F qrupunda İsveç və Cənubi Koreya yığmaları arasında olacaq.
Nijni Novqoroddakı eyniadlı stadionda keçiriləcək matçı salvadorlu referi Xoel Agilar idarə edəcək. Bu qrupun ilk görüşündə Meksika Almaniyanı 1:0 hesabı ilə yenərək, mundialın ilk sensasiyasına imza atıb.
16:00. İsveç - Cənubi Koreya
Hakimlər: Xoel Agilar (Salvador), Xuan Karlos Mora (Kosta-Rika), Norbert Hauata (Taiti), Bertrand Brial (Yeni Kaledoniya)
Nijni Novqorod, "Nijni Novqorod" stadionu

