DÇ-2018-in qrup mərhələsinin oyunları keçirilir.
Sportinfo.az xəbər verir ki, C qrupunda qərarlaşan Fransa millisi Avstraliyanı 2:1 hesabı ilə məğlub edib.
Avropa təmsilçisinin ilk qolu penaltidən vurulub. Baş hakim VAR-ın köməkliyilə Avstraliyanın qapısına penalti təyin edib.
Fransızların ikinci qolunda isə qapı xətti texnologiyası işə düşüb. Pol Poqbanın zərbəsini hakim texnologiyanın köməkliyilə qeydə alıb.
Fransa – Avstraliya 2:1
Qollar: Antuan Qrizmann, 58 (pen.), Pol Poqba, 81 - Mayl Yedinak, 62 (pen.)

