"Mənə dedilər ki, Salahın oynaması təhlükəli ola bilər"

16 İyun 2018 16:00 Dünya çempionatı 514
"Mənə dedilər ki, Salahın oynaması təhlükəli ola bilər"

"Əlimizdən gələn hər şeyi etdik. Hücumda yaxşı imkanlarımız oldu.

Doğrudu, uduzduq, amma daha yaxşı nəticə qazana bilərdik. Çünki yaxşı heyətə sahibik".

Sportinfo.az xəbər verir ki, bu sözləri Misir millisinin baş məşqçisi Hektor Kuper DÇ-2018-in qrup mərhələsində Uruqvaya uduzduqları oyundan (0:1) sonra deyib.

O bildirib ki, oyunçularının oruc tutması məğlubiyyət üçün bəhanə olmamalıdır: "Onlar belə rejimə öyrəşiblər.

Bu, bəhanə olmamalıdır. Ramazan ayının oyunumuza təsir etdiyini düşünmürəm. Biz əks hücumlar etməyə çalışdıq. Ancaq ikinci hissədə ötürmələrdə dəqiqlik çatmadı. Buna baxmayaraq, yaxşı matç idi".

H.Kuper komandanın hücumçusu Məhəmməd Salahın bu görüşdə oynamamağının səbəbi haqda da danışıb:

"Salah bizim üçün vacib oyunçudur. O, hücumda bizə çox kömək edir. Yenidən zədələnə biləcəyi üçün Məhəmmədi meydana buraxmadıq. Biz həmişə tibbi heyətlə məsləhətləşirik.

Onlar dedilər ki, Salahın oynaması təhlükəli ola bilər. Çünki zədə aldığı yerdən zərbə alacağı təqdirdə, vəziyyəti ağırlaşa bilərdi. O, növbəti matça kimi tam hazır olacaq".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti