Aleksandr Qolovin: "Özümü qələbənin memarı kimi görmürəm"

15 İyun 2018 18:36 Dünya çempionatı 580
Aleksandr Qolovin: "Özümü qələbənin memarı kimi görmürəm"

Dünya çempionatının açılış matçında Rusiya millisi Səudiyyə Ərəbistanı yığmasını 5:0 hesabı ilə darmadağın etdi.

Matçda 1 qol və 2 assistlə damğa vuran rusiyalı yarımmüdafiəçi Aleksandr Qolovin açıqlama verib.

Sportinfo.az xəbər verir ki, Moskva ÇSKA-sında çıxış edən 22 yaşlı futbolçu qələbə barədə fikirlərini bölüşüb:

"Özümü bu qələbənin memarı kimi görmürəm. Komanda şəklində yaxşı oynadıq. Səudiyyə Ərəbistanını macərapərəst komanda olduğunu bilirdik və bundan yararlandıq"

Qolovin adının "Yuventus"la hallanmasına da münasibət bildirib: "Yuventus"un mənimlə maraqlanmasından qürur duyuram və buna çox sevindim.

Ancaq indi dünya çempionatına köklənmişəm. "Yuventus"da yaxşı futbolçular var. Ən çox Paulo Dibalanı bəyənirəm. Çox yaradıcı futbolçudur".

Digər Xəbərlər
Xəbər Lenti
4 Oktyabr 18:57 Litvanı məğlub etdik