Səudiyyə Ərəbistanı günahkarları tapdı - 3 futbolçu cəzalanacaq

15 İyun 2018 16:12 Dünya çempionatı 552
Səudiyyə Ərəbistanı günahkarları tapdı - 3 futbolçu cəzalanacaq

Səudiyyə Ərəbistanı yığmasının bəzi futbolçuları DÇ-2018-in açılış oyununda Rusiyaya 0:5 hesablı məğlubiyyətə görə cəzalanacaq.

Sportinfo.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Futbol Federasiyasının prezidenti Adel İzzət məlumat verib.

O, 3 futboçunun cəzalanacağını vurğulayıb: “Məğlubiyyətə görə məyusuq. Bu nəticə bizim hazırlığımıza qətiyyən uyğun gəlmir.

Üç futbolçu - qapıçı Abdulla al-Mayuf, hücumçu Məhəmməd Əl-Sahlavi və müdafiəçi Omar Xavsavi cəzalanacaqlar”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti