Misir - Uruqvay: CANLI YAYIM

15 İyun 2018 15:48 Dünya çempionatı 888
Misir - Uruqvay: CANLI YAYIM

Rusiyada start götürən dünya çempionatında bu gün daha 3 oyun keçiriləcək.

Sportinfo.az xəbər verir ki, əvvəlcə A qrupunun Misir - Uruqvay qarşılaşması start götürəcək.

Yekaterinburqda təşkil olunacaq matçı hollandiyalı Byorn Kuypers idarə edəcək. Bu görüşdə Misir yığmasının heyətində Məhəmməd Salahın çıxış edib-etməyəcəyi maraq doğurur.

Çempionlar Liqasının finalında İspaniya "Real Madrid"i ilə oyunda zədələnən İngiltərə "Liverpul"unun yarımmüdafiəçisinin bugünkü oyuna hazır olduğu bildirilir. Lakin hələlik bu xəbər rəsmən təsdiqlənməyib.

16:00. Misir - Uruqvay

Hakimlər: Byorn Kuypers, Sander van Rökel, Ervin Zeinstra (hamısı Hollandiya), Milorad Majiç, Milovan Ristiç (hər ikisi Serbiya)

Yekaterinburq, Mərkəzi stadion

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti