Azərbaycanlı deputat: “Barselona”da oynayanlar “Real"ın futbolçularıdı"

15 İyun 2018 11:48 Dünya çempionatı 728
Azərbaycanlı deputat: “Barselona”da oynayanlar “Real"ın futbolçularıdı"

Milli Məclisin deputatı Azər Badamov Rusiyada keçirilən dünya çempionatında İspaniyanın "Real” klubuna azarkeşlik edəcəyi ilə bağlı açıqlaması müzakirələrə səbəb olub.

Sportinfo.az xəbər verir ki, modern.az-ın əməkdaşı açıqlamadakı yanlışlığa aydınlıq gətirməsi üçün Azər Badamovla əlaqə saxlayıb.

Deputat bu dəfə də futbolu yaxşı bilmədiyini nümayiş etdirib. O bildirib ki, bu gün İspaniya yığmasının tərkibində oynayanlar “Real Madrid”in futbolçularıdı.

“Ona görə də mən dedim ki, favoritim “Real Madrid”dir. İnsanlar da götürüb bundan sensasiya yaradırlar. Burda qeyri-adi bir şey yoxdu axı.

İspaniyanın “Barselona” komandasının tərkibində oynayanlar da “Real Madrid”in futbolçularıdır. “Real Madrid”in oyunçuları orada təmsil olunur”.

Azər Badamov deyib ki, “Real Madrid” İspaniyanın komandasıdı. “Mən İspaniyanı “Real Madrid” kimi görürəm. Ona görə demişəm ki, “Real Madrid” mənim favoritimdir”

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti