Argentinadakı məhbuslar DÇ-nı izləmək tələbi ilə aclıq elan etdi

15 İyun 2018 09:48 Dünya çempionatı 538
Argentinadakı məhbuslar DÇ-nı izləmək tələbi ilə aclıq elan etdi

Argentinadakı məhbuslar aclıq aksiyası elan ediblər.

Sportinfo.az xəbər verir ki, Puerto-Madrin şəhər həbsxanasındakı dustaqlar Rusiyada keçiriləcək dünya çempionatını izləmək üçün bu addımı atıblar.

Onlar üç gündür işləməyən televiziya kabelinin təmir olunmasını tələb edirlər. Məhbusların məktubunda deyilir: "Biz bu problem həll olunmayınca günorta və axşam yeməklərini qəbul etməməyə qərar verdik".

Məhkəmənin ərizəyə baxmaq üçün heç bir əsas tapmadığı bildirilir. DÇ-2018-də Argentina millisi İslandiya (16 iyun), Xorvatiya (21 iyun) və Nigeriya (26 iyun) ilə birgə D qrupunda mübarizə aparacaq.

Digər Xəbərlər
Xəbər Lenti
20 Avqust 23:30 Çək və bizə göndər!