Mundiallar tarixində ən çox qarşılaşan cütlüklər...

14 İyun 2018 13:00 Dünya çempionatı 550
Mundiallar tarixində ən çox qarşılaşan cütlüklər...

Dünya çempionatları tarixində ən çox üz-üzə gələn komandaların adları açıqlanıb.

Sportinfo.az xəbər verir ki, azarkeşlər mundiallarda ən çox Braziliya - İsveç və Almaniya - Argentina matçlarına tamaşa ediblər.

Bütün dünya çempionatlarının iştirakçısı olan Braziliya 11 dəfə planetin ən nüfuzlu turnirinə qatılan İsveçə 7 dəfə rəqib olub. Aktivində qalibiyyəti olmayan avropalılar 7 görüşün 2-də heç-heçəyə sevinib, 5 dəfə meydanı məğlub tərk edib.

“Pentakampeonlar”ın 21 qoluna rəqib 8 topla qarşılıq verə bilib. Komandalar 1938, 1950, 1958, 1978, 1990 və iki dəfə də 1994-cü ildəki dünya çempionatında qarşılaşıb. DÇ-1958-dəki görüş finala təsadüf edib və “sambaçılar” 5:2 hesablı qələbə qazanıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti