Dünya çempionatları tarixinin ən yadda qalan 6 hadisəsi

14 İyun 2018 11:36 Dünya çempionatı 720
Dünya çempionatları tarixinin ən yadda qalan 6 hadisəsi

Tanınmış teleaparıcı Elnur Məmmədoi dünya çempionatlarının keçmişi ilə bağlı maraqlı bir status paylaşıb.

«CBC Sport»un əməkdaşı mundiallar tarixinin ən yadda qalan 6 hadisəsinə nəzər salıb.

Sportinfo.az həmin yazını təqdim edir:

1.1986-cı il.Tanrının əli. Ingiltərə ilə oyunda Dieqo Maradona topu qapıya əllə göndərdi və sonralar bunu tanrının əli adlandırdı.

2.1966. Ingilislər hələ də bayramlarda kilsədə dua edəndə Tofiq Bəhramovu da yad edirlər. Onlar tarxlərindəki yeganə çempionluğa görə azərbaycanlı hakimə borcludurlar. En müasir texnika belə həmin epizodda qol olub-olmadığını müəyyənləşdirə bilmir.

3. 2006. Zinəedin Zidan Italiya ilə finalda Materatsiyə həyatı başqa cür başa saldı. Zizu kəlləsindən indi də Bakı kəndlərində razborkalarda istifadə olunur.

4. 1994. Pasadine göz yaşlarına inanmır. Hələ də kimsə penaltidən topu qapının üstündən vuranda "Baco kimi vurdun" deyirlər. Baconun göz yaşları illər keçsə də, yaddan çıxmayacaq.

5. 1994. Rusiya yığması qrupun heç bir əhəmiyyət kəsb etməyən oyununda Kamerunu 6:1 məğlub etdi. Həmin matçda 5 qol vuran Oleq Salenko ondan sonra bir də yığmaya çağırılmadı.

6. 2014. Heç Leninqradın blokadası vaxtı ac insanlar Luis Suares kimi etmirdilər. Uruqvay yığmasının forvardı Italiya ilə matçda Kyellini dişləyərək çiynindən bir tikə ət qopardı.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti