Bu gün startı veriləcək dünya çempionatının açılış oyununda Rusiya ilə Səudiyyə Ərəbistanı milliləri 25 illik fasilədən sonra ilk dəfə qarşılaşacaq.
Sportinfo.az xəbər verir ki, bu komandalar iniyədək yalnız bir dəfə üz-üzə gəlib.
1993-cü ilə təsadüf edən yoldaşlıq oyununda ərəblər 4:2 hesablı qələbə qazanıb. Moskvanın “Lujniki” stadionunda baş tutacaq ikinci duel Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
Oyunu Argentinadan olan hakimlər briqadası idarə edəcək. Baş hakim Nestor Pitanaya yardımçıları - Xuan Pablo Bellatti və Hernan Maydana kömək edəcək. 4-cü hakim isə Braziliyadan Sandro Ricci olacaq.
Maraqlı məqamlar
* Səudiyyə Ərəbistanı FİFA reytinqində 67-ci pillədədi.
* Rusiya FİFA reytinqində 70-ci pillədədi.
* Rusiya 11-ci dəfə dünya çempionatının final mərhələsində iştirak edir.
* Səudiyyə Ərəbistanı 5-ci dəfə mundial həyəcanı yaşayacaq.

