Heç bilirsiz ki, FİFA DÇ-2018-dən nə qədər qazanacaq?

14 İyun 2018 09:48 Dünya çempionatı 528
Heç bilirsiz ki, FİFA DÇ-2018-dən nə qədər qazanacaq?

FİFA-nın Rusiyada keçiriləcək dünya çempionatından nə qədər gəlir götürəcəyi açıqlanıb.

Sportinfo.az xəbər verir ki, ali futbol qurumu mundialdan 6,1 milyard dollar qazanc əldə etməyi planlaşdırır.

3 milyard dollar təkcə yayım hüququndan gələcək. FİFA həmçinin, sponsor anlaşmaları sayəsində büdcəsinə 1,65 milyard dollar əlavə edəcək.

FİFA DÇ-2014-dən 4,8 milyard dollar, CAR-dakı mundialdan (2010) 3,9 milyard dollar, Almaniyada keçirilən 2006-cı il dünya çempionatından isə 1,9 milyard dollar gəlir götürmüşdü.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti