2026-cı il dünya çempionatına ev sahibliyi edəcək ölkələr açıqlandı

13 İyun 2018 19:24 Dünya çempionatı 690
2026-cı il dünya çempionatına ev sahibliyi edəcək ölkələr açıqlandı

2026-cı ildə keçiriləcək dünya çempionatına ev sahibliyi edəcək ölkələr məlum olub.

Sportinfo.az xəbər verir ki, 8 il sonra baş tutacaq turnirə ABŞ, Meksika və Kanada ev sahibliyi edəcəklər.

Hər üç Şimali Amerika ölkəsi turniri birlikdə təşkil edəcək. Həmin il təşkil olunacaq dünya çempionatında ilk dəfə 48 komanda iştirak edəcək. 48 oyun qrup mərhələsində, 32 qarşılaşma isə finallarda olmaqla cəmi 80 matçın oynanılacaq.

Sonuncu dəfə Şimali Amerikada dünya çempionatı 1994-cü ildə ABŞ-da təşkil olunub. Kanada heç vaxt mötəbər turnirə ev sahibliyi etməyibsə, Meksika daha əvvəl 1970 və 1986-cı illərdə iki dəfə mundialı təşkil edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti