Məşhur ingilis hakim Rusiyaya da velosipedlə gəlir - DÇ-2018 üçün

12 İyun 2018 18:36 Dünya çempionatı 561
Məşhur ingilis hakim Rusiyaya da velosipedlə gəlir -  DÇ-2018 üçün

Məşhur ingilis hakim Martin Atkinson “Whistle Stop Tour” xeyriyyə aksiyası çərçivəsində Rusiyaya velosipedlə gəlir.

Sportinfo.az xəbər verir ki, 47 yaşlı hakim səyahətə Staffordşirdə başlayıb.

O, səfərini Kalininqradda yekunlaşdıracaq. İngiltərə yığması iyunun 28-də məhz bu şəhərdə qrupda Belçikaya qarşı son oyununu keçirəcək.

Atkinson səfər zamanı 2735 km qət edəcək. O, Fransa, Belçika, Hollandiya, Almaniya və Polşa ərazilərindən keçəcək. Aksiyada Atkinsonla yanaşı, başqa bir ingilis hakim Con Moss da iştirak edir.

Onu da qeyd edək ki, Atkinson 2016-cı ildə İngiltərə Premyer Liqasının bütün stadionlarını velosipedlə dolaşmışdı.

Həmin vaxt hakim 1700 km qət etmişdi. 1938-ci ildən bəri ilk dəfə olaraq DÇ-nin oyunlarını idarə edəcək hakimlər arasında ingilis olmayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti