DÇ-2018: Açılış mərasiminin məşhur mahnı ifaçıları bəlli oldu

12 İyun 2018 11:12 Dünya çempionatı 652
DÇ-2018: Açılış mərasiminin məşhur mahnı ifaçıları bəlli oldu

Britaniyalı ifaçı Robbi Uilyams və rusiyalı opera müğənnisi Aida Qarifullina Rusiyadakı dünya çempionatının açılış mərasimində çıxış edəcəklər.

Sportinfo.az xəbər verir ki, tədbirə Braziliya yığması ilə ikiqat dünya çempionu olmuş Ronaldo da qatılacaq.

Mundialın açılışı iyunun 14-də Moskvadakı "Lujniki" stadionunda keçiriləcək. Mərasim Rusiya və Səudiyyə Ərəbistanı yığmaları arasındakı ilk qarşılaşmadan yarım saat əvvəl - Bakı vaxtı ilə saat 18:30-da başlayacaq.

11 şəhərdəki 12 stadionda keçiriləcək dünya çempionatına iyulun 15-də yekun vurulacaq.

Digər Xəbərlər
Xəbər Lenti
20 Avqust 23:30 Çək və bizə göndər!