DÇ-2018: Fransa millisinin futbolçuları üçün mükafatın məbləği

12 İyun 2018 00:50 Dünya çempionatı 524
DÇ-2018: Fransa millisinin futbolçuları üçün mükafatın məbləği

Fransa millisi 2018-ci il dünya çempionatının qalibi olacağı təqdirdə, futbolçulara veriləcək mükafatın məbləği müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, “xoruzlar” mundialda birinci yeri tutsalar, hər oyunçuya 300 min avro ödəniləcək.

Komanda finalda uduzarsa, bu məbləğ 280 min avro təşkil edəcək. Yarımfinal mərhələsi üçün isə 150 min avro nəzərdə tutulub.

Son dünya çempionu İspaniya millisi titulunu qoruyacağı halda, hər futbolçuya 825 min avro mükafat veriləcək. Almaniya yığmasının oyunçuları üçün isə 350 min avro mükafat nəzərdə tutulub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti