DÇ-2018-in daha 2 iştirakçısı Rusiyaya gəldi

12 İyun 2018 00:10 Dünya çempionatı 499
DÇ-2018-in daha 2 iştirakçısı Rusiyaya gəldi

Fransa millisi dünya çempionatının keçiriləcəyi Rusiyaya gəlib.

Sportinfo.az xəbər verir ki, ölkə futbol federasiyasının prezidenti Noel Le Qre də komanda ilə birgə Moskvaya üz tutub.

Didye Deşamın komandası mundial zamanı Moskva ətrafında yerləşən “Qlebovets” stadionunda məşq edəcək.

Fransa DÇ-2018-də Avstraliya, Peru və Danimarka ilə eyni qrupda yer alıb.Uruqvay isə Nijni-Novqoroda yollanıb.

A qrupunda yer alan Uruqvay millisi Misirlə (15 iyun) Yekaterinburqda, Səudiyyə Ərəbistanı ilə (20 iyun) Rostovda, Rusiya ilə (25 iyun) isə Samara da üz-üzə gələcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti