Salah: "Bilmirəm, komandamız hara qədər davam gətirəcək"

11 İyun 2018 08:00 Dünya çempionatı 574
Salah: "Bilmirəm, komandamız hara qədər davam gətirəcək"

Misir yığmasının futbolçusu Məhəmməd Salah dünya çempionatının birinci turunda Uruqvay komandasına qarşı oyunda iştiraka hazır olduğunu bildirib.

Sportinfo.az xəbər verir ki, bu barədə o, Qroznıda açıq məşqdən sonra deyib.

"Özümü yaxşı hiss edirəm. Uruqvay komandası ilə matçda oynamağa köklənmişəm. Bilmirəm, komandamız hara qədər davam gətirəcək.

Ancaq komanda yaxşı hazırlanıb və böyük ümidlərlə əla əhval-ruhiyyədədir. Biz dünya çempionatına 28 ildən sonra yüksək əhval-ruhiyyədə qayıtdıq", - deyə o bildirib.

Misir dünya çempionatının final mərhələsində 28 ildə ilk dəfə iştirak edir. Misir yığması dünya çempionatında Rusiya, Səudiyyə Ərəbistanı və Uruqvay milliləri ilə A qrupunda mübarizə aparacaq.

Digər Xəbərlər
Xəbər Lenti
20 Avqust 23:30 Çək və bizə göndər!