İspaniya yığması DÇ-2018-in qalibi olacağı təqdirdə, futbolçulara veriləcək mükafatın məbləği bəlli olub.
Sportinfo.az xəbər verir ki, İspaniya Rusiyanı çempion kimi tərk etsə, hər bir futbolçu 825 min avro mükafat əldə edəcək.
Ancaq komanda turnirin 1/4 final mərhələsinə adlaya bilməsə, oyunçulara ümumiyyətlə, mükafat verilməyəcək.
İspanlar 2010-cu ildə mundialın qalibi olarkən, hər bir futbolçu 600 min avro mükafat almışdı. 2014-cü ildə 720 min avro vəd edilsə də, İspaniya qrup mərhələsini adlaya bilməmişdi.

