Üç ölkə DÇ-2030-un birgə təşkili üçün ərizə verəcək

9 İyun 2018 20:48 Dünya çempionatı 573
Üç ölkə DÇ-2030-un birgə təşkili üçün ərizə verəcək

Argentina, Uruqvay və Paraqvay 2030-cu il dünya çempionatını birgə təşkil etmək üçün Rusiyanın paytaxtı Moskvada FIFA-ya ərizə təqdim edəcək.

Sportinfo.az xəbər verir ki, bu barədə Argentinanın Rusiyadakı səfiri Rikardo Laqorini bildirib.

Səfir deyib ki, gələn həftə bununla bağlı təqdimat mərasiminin təşkili planlaşdırılıb. DÇ-2018 14 iyun – 15 iyulda Rusiyada, DÇ-2022 Qətərdə təşkil olunacaq. DÇ-2026 üçün isə Mərakeş, eləcə də Kanada, ABŞ və Meksika birgə ərizə verib.

Digər Xəbərlər
Xəbər Lenti
20 Avqust 23:30 Çək və bizə göndər!