Moskvada polis və OMON iri bazar və ticarət obyektlərində miqrantlara qarşı əməliyyata başlayıb.
Sportinfo.az xəbər verir ki, bu gün səhərdən Moskvanın demək olar bütün bazarlarında reydlər keçirilir.
Yüzlərlə saxlanılan var. Onların içərisində xeyli azərbaycanlı miqrantın da olduğu deyilir. Reydlər bir neçə gün sonra Rusiyada başlanacaq dünya çempionatı ilə bağlıdı.
“Bu reydlər təkcə Moskvada yox, çempionatın baş tutacağı digər şəhərlərdə də aparılacaq”,- deyə mənbə bildirib.

