Polşanın dünya çempionatı üçün yekun heyəti açıqlandı: SİYAHI

5 İyun 2018 14:36 Dünya çempionatı 680
Polşanın dünya çempionatı üçün yekun heyəti açıqlandı: SİYAHI

Polşanın dünya çempionatı üçün heyəti açıqlanıb.

Sportinfo.az xəbər verir ki, siyahıda 3 qapıçı, 7 müdafiəçi, 9 yarımmüdafiəçi, 4 hücumçu yer alıb.

Qapıçılar: Volçex Şensnı ("Yuventus", İtaliya), Bartoş Byalkovski ("İpsviç", İngiltərə), Lukaş Fabyanski ("Suonsi", İngiltərə)

Müdafiəçilər: Mixal Pazdan, Artr Endjeyçik (hər ikisi "Legiya"), Tyaqo Çionek (SPAL, İtaliya), Yan Bednarek ("Sautqempton", İngiltərə), Kamil Qlik ("Monako", Fransa), Bartoş Bereşinski ("Sampdoriya", İtaliya), Lukaş Pişek ("Borussiya" Dortmund, Almaniya)

Yarımmüdafiəçilər: Yaçek Qoralski ("Ludororeç", Bolqarıstan), Karol Linetti ("Sampdoriya", İtaliya), Qjeroj Krıxovyak ("Vest Bromviç", İngiltərə), Kamil Qrosİçki ("Hall Siti", İngiltərə), Rıbus ("Lokomotiv", Rusiya), Yakub Blaşikovski ("Volfsburq", Almaniya), Slavomir Peşko ("Legiya"), Pyötr Jelinski ("Napoli", İtaliya) Rafal Kujava ("Qurnik")

Hücumçular: Arkadiuş Milik ("Napoli", İtaliya), Robert Levandovski ("Bavariya", Almaniya), Lukaş Teodorçik ("Anderlext", Belçika) David Kovnaçki ("Sampdoriya", İtaliya)

Polşa yığması dünya çempionatında Yaponiya, Seneqal və Kolumbiya milliləri ilə H qrupunda mübarizə aparacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti