Meksika dünya çempionatına 39 yaşlı futbolçu ilə yollanır - SİYAHI

4 İyun 2018 13:00 Dünya çempionatı 457
Meksika dünya çempionatına 39 yaşlı futbolçu ilə yollanır - SİYAHI

Meksika millisinin Rusiyada keçiriləcək dünya çempionatı üçün yekun heyəti açıqlanıb.

Sportinfo.az xəbər verir ki, 23 nəfərlik siyahıya 39 yaşlı müdafiəçi Rafael Markes də daxil edilib.

"Barselona"nın sabiq futbolçusu karyerasında 5-ci mundiala qatılacaq. Bu göstəricidə Markes həmyerlisi Antonio Karbaxal, almaniyalı Lotar Matteus və italiyalı Canluici Buffonla bərabərləşib.

O, 4 dünya çempionatında kapitan olmuş yeganə futbolçudu. Lakin Markes Mateusa məxsus 25 oyunluq rekorda çata bilməyəcək. Hazırda onun aktivində 16 matç var.

Mundialda isə maksimum 7 oyun keçirmək mümkündür. Təcrübəli müdafiəçi DÇ-2018-dən sonra karyerasını başa vuracağını açıqlayıb. O, 1997-ci ildən çıxış etdiyi millidə 143 oyun keçirib.

Qapıçılar: Xesus Korona ("Krus Asul"), Alfredo Talavera ("Toluka"), Gilyerme Oçoa ("Standard", Belçika)

Müdafiəçilər: Edson Alvares ("Amerika"), Uqo Ayyala ("Tiqres"), Xesus Qalyardo (UNAM), Migel Layun ("Sevilya", İspaniya), Ektor Moreno ("Real Sosyedad", İspaniya), Dieqo Reyes ("Portu", Portuqaliya), Karlos Salsedo ("Ayntraxt", Almaniya)

Yarımmüdafiəçilər: Marko Fabian ("Ayntraxt", Almaniya), Xonatan dos Santos ("Los-Anceles", ABŞ), Covani dos Santos ("Los-Anceles", ABŞ), Andres Quardado ("Betis", İspaniya), Ektor Errera ("Portu", Portuqaliya), Rafael Markes ("Atlas")

Hücumçular: Xavyer Akino ("Tiqres"), Xavyer Ernandes ("Vest Hem", İngiltərə), Raul Ximenes ("Benfika", Portuqaliya), İrvinq Losano (PSV, Hollandiya), Oribe Peralta ("Amerika"), Karlos Vela ("Los-Anceles", ABŞ), Xesus Manuel Korona ("Portu", Portuqaliya)

Meksika yığması F qrupunda Almaniya (17 iyun, Moskva, "Lujniki"), Cənubi Koreya (23 iyun, Rostov-Don) və İsveçlə (27 iyun, Yekaterinburq) üz-üzə gələcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti