Danimarka DÇ-2018 üçün yekun heyətini açıqladı - SİYAHI

4 İyun 2018 00:00 Dünya çempionatı 559
Danimarka DÇ-2018 üçün yekun heyətini açıqladı - SİYAHI

Danimarka yığması dünya çempionatı- 2018-ə yollanacaq komandanın yekun heyətini açıqlayıb.

23 oyunçudan ibarət heyətə "Rusenborq"un mayda Norveç çempionatında zədə almış hücumçusu Niklas Bendtner düşməyib.

Sportinfo.az xəbər verir ki, bu barədə Danimarka Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

Qapıçılar: Rennov ("Brondbü"), Lossl ("Haddersfild Taun"), K. Şmeyhel ("Lester Siti");

Müdafiəçilər: Kristensen ("Çelsi"), Dalsqor ("Brentford"), Vesterqor ("Borussiya" M), Yens Larsen ("Udineze"), Knudsen ("İpsviç Taun"), Matias Yorqensen ("Haddersfild Taun"), Kyer ("Sevilya");

Yarımmüdafiəçi: Eriksen ("Tottenhem Hotspur"), Şone ("Ayaks"), Leraqer ("Bordo"), Kron-Deli ("Deportivo"), Deleyni ("Verder"), Kvist ("Kopenhagen");

Hücumçu: Kornelius ("Atalanta"), Dolberq ("Ayaks"), Braytvayt ("Bordo"), Nikolay Yorgensen ("Feyenoord"), Sisto ("Selta"), Fişer ("Kopenhagen"), Yusuf Poulsen ("RB Leypsiq").

Danimarka DÇ-2018-in qrup mərhələsində Fransa, Peru və Avstraliya ilə mübarizə aparacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti