DÇ-2026 Amerikada olacaq - “Üçlük” Mərakeşi üstələdi

2 İyun 2018 16:00 Dünya çempionatı 646
DÇ-2026 Amerikada olacaq - “Üçlük” Mərakeşi üstələdi

FİFA müfəttişlərinin DÇ-2026-ya ev sahibliyi etmək istəyən ölkələrə səfəri yekunlaşıb.

Sportinfo.az xəbər verir ki, müfəttişlərin ölkələrə verdikləri qiymətlər də bəllidi.

ABŞ, Meksika və Kanadanın birgə ərizəsi Mərakeşi üstələyib.Müfəttişlər şimali amerikalılara maksimum 500 baldan 402 bal veriblər.

Mərakeş isə cəmi 275 bal alıb. FİFA komissiyası Mərakeşdəki stadionların durumundan, nəqliyyat infrastrukturundan razı qalmayıb.

Mərakeş DÇ-nin keçirilməsi üçün 16 milyard dollar sərf etmək niyyətindədi. Amma şimali amerikalıların infrastrukturu yaxşı vəziyyətdə olduğu üçün xərcləri də olduqca az çıxacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti