İspaniyanın zədəli müdafiəçisi dünya çempionatınadək sağalacaq

28 May 2018 17:36 Dünya çempionatı 883
İspaniyanın zədəli müdafiəçisi dünya çempionatınadək sağalacaq

İspaniya milli komandasının və "Real"ın futbolçusu Daniel Karvaxal Çempionlar Liqasının finalında "Liverpul" ilə oyunda aldığı zədədən sonra əlavə müayinədən keçib.

Sportinfo.az xəbər verir ki, 26 yaşlı müdafiəçinin sağ baldırın arxa əzələlərində problem aşkarlanıb.

Lakin Karvaxalın əvvəlcədən güman edildiyi qədər ciddi xəsarətlə üzləşmədiyi və dünya çempionatına yollana biləcəyi müəyyənləşib.

O, 2-3 həftəyə tam sağalacaq. Ən pis halda, sağ cinah oyunçusu iyunun 15-də Portuqaliyaya qarşı keçirəcəkləri ilk oyunu buraxacaq. B qrupunda İspaniya yığmasının digər rəqibləri Mərakeş və İran olacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti