Vladimir Putin dünya çempionatındakı favoritini açıqladı

27 May 2018 10:05 Dünya çempionatı 1 014
Vladimir Putin dünya çempionatındakı favoritini açıqladı

Rusiya prezidenti Vladimir Putin dünya çempionatındakı favoritini açıqlayıb.

Sportinfo.az xəbər verir ki, o, İspaniya milli komandasını əsas favoritlər arasında gördüyünü söyləyib.

V.Putin beynəlxalq mətbuat nümayəndələri ilə görüşdə bildirib ki, Rusiya ölkə infrastrukturunun müasirləşdirilməsini istəyir və futbol üzrə dünya çempionatını keçirməyə qadirdi:

"Biz bu dünya çempionatının hamı üçün bayram olmasını istəyirik və buna nail olacağıq".

Dünya çempionatı iyunun 14-də start götürəcək. Mundialın oyunları Rusiyanın 11 şəhərindəki 12 stadionda keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti