Rövnəq Abdullayevlə Elxan Məmmədovu sayıb gəldilər

23 May 2018 17:48 Dünya çempionatı 1 023
Rövnəq Abdullayevlə Elxan Məmmədovu sayıb gəldilər

2026-cı ildə keçiriləcək dünya çempionatını təşkil emək üçün namizədliyini birgə irəli sürmüş ABŞ, Kanada və Meksika futbol federasiyalarının tender qrupundan ibarət nümayəndə heyəti Bakıya səfər edib.

Sportinfo.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qurumun inzibati binasında assosiasiya prezidenti Rövnəq Abdullayev və baş katib Elxan Məmmədovla görüşən tender qrupunun üzvləri dünya çempionatının ev sahibliyinə namizədlikləri ilə bağlı təqdimatla çıxış ediblər.

DÇ-2026-nın təşkili üçün namizədliyini irəli sürmüş digər ölkə Mərakeşdir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti