
Argentina Futbol Federasiyasının (AFA) Rusiyada təşkil ediləcək dünya çempionatı ilə bağlı çap etdirdiyi kitabça qalmaqala səbəb olub.
Sportinfo.az xəbər verir ki, kitabçada Rusiyaya yollanacaq argentinalı kişilərin rus qadınlarla necə rəftar etməsi gərəkdiyi ilə bağlı bir neçə bənd göstərilib.
Bu, Argentinada birmənalı qarşılanmayıb. Sosial şəbəkə istifadəçiləri federasiyanı sərt tənqid ediblər. Kitabçada rus qadınları necə yoldan çıxarmağın bəndlərlə təsviri ictimaiyyətin qınağına səbəb olub.
Bundan sonra AFA hadisənin sadəcə, səhvdən qaynaqlandığını, kitabçada yazılanların federasiyanın mövqeyi olmadığını açıqlayıb. Kitabçada rus qadınlarla bağlı yer almış bəzi qeydləri təqdim edirik:
1. Rus qızlar darıxdırıcı kişilərə nifrət edirlər. Danışacaq heç nə tapmasaz, ölkənizdəki adət-ənənədən, yaşayışdan bəhs edin.
2. Rus qadınların diqqətini cəlb etmək üçün sahib olduğun puldan bəhs etməlisən.
3. Rus qızları da digər qadınlar kimi təmizliyə, geyimə və ətirə diqqət edirlər. Onlar üçün ilkin təəssürat çox önəmlidi.
4. Onlara yatılacaq qadın kimi hərəkət edilməsindən xoşları gəlmir. Onlara xüsusi biri olduqlarını hiss etdirilməsini istəyərlər.
5. Onların dəyərlərinə, istəklərinə hörmət edin. Seks haqqında axmaq suallar verməyin. Ruslar üçün seks xüsusidi və ictimai yerlərdə müzakirə edilmir.
6. Rus qadınlar hər şeyə mənfi münasibət göstərən kişilərdən uzaq dururlar.
7. Ənənəvi suallar verməyin, orijinal olun. Sizi daha yaxşı tanımaq istəyəcəklər. Onların suallarını cavabsız qoymayın.
8. Yeni bir sima olduğunuz üçün rus həmcinslərinizə qarşı üstünlüyünüz olacaq. Özünüzə inanın.