İngiltərə millisinin heyətində 1966-cı il dünya çempionatının qalibi Rey Uilson 83 yaşında vəfat edib.
Sportinfo.az xəbər verir ki, yığmanın ən yaşlı futbolçusunun ölümünə səbəb Altsgeymeyr xəstəliyidi.
Uolson "Haddersfild", "Everton", "Oldhem" və "Bredford" komandalarında çıxış edib. DÇ-1966-nın final matçının yan xətt hakimi azərbaycanlı Tofiq Bəhramov olub.

