İsveç millisi dünya çempionatına İbrahimoviçsiz gedir

16 May 2018 00:10 Dünya çempionatı 685
İsveç millisi dünya çempionatına İbrahimoviçsiz gedir

İsveç millisinin Rusiyada keçiriləcək dünya çempionatı üçün yekun heyəti açıqlanıb.

Sportinfo.az xəbər verir ki, 23 nəfərlik siyahıda 22 oyunçu legionerdi.

Yalnız Rusiyanın "Krasnodar" klubunun futbolçusu Andreas Qrankvist gələn mövsümdən İsveç "Helsinqborq"unda çıxış edəcək.

Əvəzində ABŞ-ın "Los-Anceles Qelaksi" komandasında çıxış edən Zlatan İbrahimoviç mundiala aparılmayacaq. Baxmayaraq ki, İbrahimoviç DÇ-2018-də oynamaq istəyini dilə gətirib.

Qapıçılar: Robin Olsen ("Kopenhagen", Danimarka), Karl Yohan Yonsson ("Genqam", Fransa), Kristoffer Nordfeldt ("Suonsi", Uels)

Müdafiəçilər: Mikael Lustiq ("Seltik", Şotlandiya), Viktor Lindelef ("Mançester Yunayted", İngiltərə), Andreas Qrankvist ("Helsinqborq"), Lüdvid Auqustinsson ("Verder", Almaniya), Emil Kraft, Filip Helander (hər ikisi "Bolonya", İtaliya), Pontus Yansson ("Lids", İngiltərə), Martin Olsson ("Suonsi", Uels)

Yarımmüdafiəçilər: Emil Forsberq ("Leyptsiq", Almaniya), Viktor Klasson ("Krasnodar", Rusiya), Albin Ekdal ("Hamburq", Almaniya), Sebastyan Larsson ("Hall Siti", İngiltərə), Cimmi Durmaz ("Tuluza", Fransa), Markus Roden ("Krotone", İtaliya), Oskar Hilyemark ("Cenoa", İtaliya), Qustav Svensson ("Sietl", ABŞ)

Hücumçular: Ola Toyvonen ("Tuluza", Fransa), Markus Berq ("Əl-Ayn", BƏƏ), Yon Qvidetti ("Alaves", İspaniya), İsaak Kise Telin ("Vasland-Beveren", Belçika)

Dünya çempionatında İsveç yığması Cənubi Koreya (18 iyun, Nijni Novqorod), Almaniya (23 iyun, Soçi) və Meksika (27 iyun, Yekaterinburq) ilə F qrupunda yer alıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti