Prezident iqtisadi böhran üzündən DÇ-2018-ə getməyəcək

12 May 2018 11:24 Dünya çempionatı 740
Prezident iqtisadi böhran üzündən DÇ-2018-ə getməyəcək

Argentina prezidenti Maurisio Makri ölkədə yaranmış iqtisadi böhran səbəbindən dünya çempionatında iştirak üçün Rusiyaya getməkdən imtina edib.

Sportinfo.az xəbər verir ki, bu barədə mənbəyə istinadən "Nacion" nəşri məlumat yayıb.

Bildirilir ki, Makri üçün hazırda ölkədəki çətin iqtisadi vəziyyəti yoluna qoymaq ən vacib məsələdir. Son bir neçə gündə Argentina pesosunun məzənnəsi ABŞ dollarına nisbətdə tarixi minimumuna düşüb. Makri yaranmış vəziyyətlə əlaqədar Beynəlxalq Valyuta Fondundan yardım istəyib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti